Gəncədə idman həftəsi çərçivəsində daha bir yarış keçirilib. Bu haqda 6 mart tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
27 fevral - 5 mart "İdman Həftəsi" kimi qeyd olunub. Bu səbəbdən şəhərdə bir sıra tədbir və yarışlar təşkil edilib. Bunlardan biri həndbol üzrə Gəncə şəhər açıq birinciliyi olub.
Turnir 2006-2007-ci il təvəllüdlü həm oğlan, həm də qızlar arasında baş tutub. Azərbaycan Texnologiya Universitetinin idman zalında keçirilən yarışda 6 komanda mübarizə aparıb. Birinciliyə Gəncə komandaları ilə yanaşı, Göygöl kollektivi də qatılıb.
Sonda qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.