8 Noyabr - Zəfər Günü ilə əlaqədar Gəncə şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil olunub.
Apa.az xəbər verir ki, hərbi qulluqçular hərbi orkestrin müşayiəti ilə saat 10:00-dan başlayaraq Nizami Gəncəvi prospekti ilə şəhərin baş meydanına yürüş edirlər.
Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər və şəhər sakinləri də iştirak edir.