Gəncədə doğuş zamanı ölən ana və uşağı ilə bağlı təfərrüat məlum olub.
Gencexeber.az-a Gəncə Şəhər Səhiyyə İdarəsindən verilən məlumata əsasən, 06.03.2025-ci il tarixində saat 05:00 radələrində 1984-cü il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub:
“30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb”.
08:57
Gəncədə 41 yaşlı qadın və uşağı doğuş zamanı dünyasını dəyişib.
Gencexeber.az-ın məlumatına əsasən, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Z.Yusifova Gəncə şəhərində yerləşən xəstəxanaların birində doğuş zamanı keçinib.
Faktla bağlı araşdırma aparılır.