Gəncədə ödənişsiz məşğələ təşkil olunacaq.
Gencexeber.az məlumat verir ki, Gəncədə fəaliyyət göstərən “Art school” rəssamlıq məktəbində gips boyama təlimi təşkil ediləcək. Dərslər rəsm müəllimi Ayşən Fərhadova tərəfindən dekabrın 31-i saat 12:00-da olacaq. Ödənişsiz olacaq təlimdə 4-20 yaş arası uşaqlar, yeniyetmələr və gənclər iştirak edə bilərlər.
“Art school” Sabir küçəsində yerləşir. Qeydiyyatdan keçmək istəyən şəxslər (055) 655 14 80 mobil telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.