Gəncəli idmançılar Savate üzrə yarışda uğur qazanıblar. Bu haqda bu gün, 7 avqust tarixində Gencexeber.az Gəncə Olimpiya İdman Kompleksinə istinadən xəbər verir.
Fransız boksu kimi tanınan Savat idman növü üzrə yarış keçirilib. Gəncədən olan idmançılardan 5 nəfər 1-ci yerə,1 nəfər 2-ci yerə 1 nəfər isə 3-cü yerə layiq görülüb. Onlar medallar və diplomlarla təltif olunublar.
Tədbir Azərbaycan Savat İdman Federasiyası tərəfindən təşkil olunub.