Gəncədə Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş tədbir baş tutub. Bu haqda Gencexeber.az dekabrın 19-u məlumat verir.
Tədbir Uşaq İncəsənət Məktəbində keçirilib. Məktəbin “Xalq çalğı alətləri” şöbəsinin tar müəllimi Müşviq Abbasov Əhməd Bakıxanovun həyat və yaradıcılığı haqqında cıxış edərək, onun Azərbaycan xalq musiqisinin inkişafında müstəsna rolunu qeyd edib. Yığıncaq müəllim və şagirdlərin musiqili çıxışları ilə davam edib.