Perinatal Mərkəzdə yeni doğulmuş körpə dünyasını dəyişib. Bu haqda 16 yanvar tarixində Gəncəxəbər.az Report-a istinadən xəbər verir.
12 yanvar tarixində 35 yaşlı Qazax rayonu, Çaylı kənd sakini X.R. qeysəriyyə yolu ilə körpə dünyaya gətirib. Körpəyə tənəffüs pozğunluğu və beyin mədəciklərinə daxili qansızma diaqnozu qoyulub.
Balaca 15 yanvar tarixində vəfat edib.