Gəncədə zavodlardan birinin istehsal etdiyi məhsulun dəyəri artıb. Bu haqda 24 yanvar tarixində Marja-ya istinadən məlumat veririk.
"Gəncə avtomobil zavodu"ndan verilən məlumata əsasən, İstehsalat Birliyində 2022-ci ildə əmtəəlik məhsul istehsalı 78 milyon manat təşkil edib. Bu, 2021-ci illə müqayisədə 1,8 dəfə çoxdur.
Ötən il 588 ədəd müxtəlif modeldə traktorlar, 140 “Ural” markalı, 255 ədəd “KamAZ” markalı yük avtomobilləri istehsal edilib. Hesabat dövründə zavodda 226 ədəd xüsusi təyinatlı qoşqu, 5 ədəd yarımqoşqu, 1 ədəd traktor qoşqusu yığılaraq təhvil verilib.