Gəncədə atmosfer havasının keyfiyyətinin monitorinqi aparılıb. Bu haqda 16 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər veririk.
Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində Gəncə şəhəri üzrə hava keyfiyyət göstəricilərindən azot-4 oksidin miqdarı normadan 1,2 dəfə çox müəyyən edilib.
Azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərdir.