Gəncədə yeni təyinat olub. Bu haqda 20 yanvar tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.
Ədliyyə naziri Fikrət Məmmədov yeni əmr imzalayıb. 2 saylı Gəncə şəhər İstintaq Təcridxanasının rəisi, polkovnik-leytenant Asif Quliyev vəzifəsindən azad olunub. Onun yerinə Qasım Əliyev təyin edilib.
Qeyd edək ki, Quliyev 2019-cu ilin sentyabrından Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsində işləyirdi.