Nizami yurdunu təmsil edəcək yeni komanda yaradılıb. Bu haqda 1 avqust tarixində Azərtac-a istinadən məlumat veririk.
Bakıda ölkədə ilk dəfə Yüksək liqada oynayacaq Gəncənin qızlardan ibarət voleybol komandasının yaradılmasına dair müqavilə bağlanıb. Anlaşmanı belaruslu məşqçi Serqey Cesnovicki və yeni yaradılan komandanın prezidenti Elvar Osmanov imzalayıb.
Cesnovicki Azərbaycanda fəaliyyətə başlamağını yüksək dəyərləndirib və bildirib ki, bu mövsüm əsas məqsəd yaxşı komanda formalaşdıraraq finala yüksəlməkdir. Bundan başqa, tədbirdə Milli Məclisin deputatı Müşfiq Cəfərov və E. Osmanov çıxış ediblər.
Sonda azərbaycanlı voleybolçularla müqavilə imzalanıb.