Rusiyanın aviaşirkətlərindən biri Gəncədə uçuşlara başlayıb. Bu haqda 3 iyul tarixində aviaşirkətə istinadən məlumat veririk.
Söhbət “Azimut” şirkətindən gedir. Kampaniya Moskva-Gəncə istiqaməti üzrə ilk uçuşunu həyata keçirib.
Reyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri baş tutacaq. Moskvanın “Vnukovo” hava limanından 11:40-da havaya qalxan təyyarə 16:30-da Gəncəyə enəcək. Əks-istiqamətdə isə təyyarə 17:50-də qalxıb, 20:40-da Moskvada enəcək.