Gəncədə ikimərtəbəli sex yenidən hərraca çıxarılacaq. Bu haqda 22 fevral tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.
Təkrar hərrac 28 mart saat 10:00-da baş tutacaq. Sözügedən istehsal sexi Zərifə Əliyeva küçəsi, 2-ci döngə, bina 10 ünvanında yerləşir. Obyektin ümumi faydalı sahəsi 1160.8 kv.m-dir. Əmlakın hərraca çıxarılan ilkin satış qiyməti 156.250 manatdır.
Auksion Zərifə Əliyeva küçəsi, 3 ünvanında keçiriləcək. Ətraflı məlumat üçün (022) 256 13 76 nömrəsi ilə əlaqə saxlamaq olar.
Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır: