Gəncədə güclü küləyin törətdiyi bəzi fəsadlar aradan qaldırılmayıb. Bu haqda Gencexeber.az-a 8 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Məmməd Xələfov küçəsi, 136-da müşahidə olunur. Ötən ayın sonlarında əsən güclü külək adıçəkilən ərazidə yerləşən 2 saylı yataqxananın dam örtüyünə ziyan vurub.
Nəticədə tikilinin üst hissəsi yararsız hala düşüb. Sakinlərin sözlərinə görə, sözugedən vəziyyət onlar üçün təhlükə yaradır. Əhali binanın damının təmir olunmasını istəyir.