Goranboy rayonu ərazisində əsas turizm marşrutları üzrə yolkənarı obyektlərin abadlaşdırılması işləri davam etdirilir.
Gencexeber.az Goranboy Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir ki, həmin obyektlərin müasir arxitektur üslubda abadlaşdırılması rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilir.
Bu məqsədlə, Bakı-Qazax və Goran-Naftalan-Tapqaraqoyunlu-Talış yolunun kənarında olan sahibkarlıq obyektləri və fərdi yaşayış evlərində müvafiq layihəyə uyğun abadlıq quruculuq işləri aparılır. Bu günədək aparılan əməli tədbirlər nəticəsində 447 obyektdə işlər yekunlaşıb, 64 obyektdə işlər davam etdirilir.