Goranboy rayonunda yanğın baş verib.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, hadisə rayonun Nərimanlı kəndində qeydə alınıb. Qurumdan verilən məlumata görə, ümumi sahəsi 60 m² olan köməkçi tikilinin tavanı 20 m² sahədə yanıb.
Hadisə yerinə qurumun briqadaları cəlb olunub. FHN-nin əməkdaşları alovun vaxtında lokallaşdırılmasına və yayılmamasına nail ola biliblər.