Şəmkir rayonunda yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, yanğın rayonun Çinarlı qəsəbəsində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 8 otaqlı evdə başlayıb. Hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə İdarəsinin texnikası və əməkdaşları cəlb olunub.
Bildirilib ki, tikilinin yanar konstruksiyaları 90 m² sahədə yanıb. Binanın qalan hissəsi alovdan mühafizə olunub.
Bədbəxt hadisənin baş vermə səbəbləri araşdırılır.