Xəzər dənizinin Azərbaycan ərazisinə düşən hissəsində zəlzələ qeydə alınıb.
Gencexeber.az məlumat verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Təbii fəlakət hadisəsi saat 03:47-də, Çilov və Pirallahı adalarından şimal-şərqdə 4 maqnituda gücündə qeydə alınıb. Zəlzələnin ocağı 73 kilometr dərinlikdə yerləşib.