top
Vətən müharibəsi iştirakçısı olan Təbriz müəllim
27 sentyabr 2024, 17:07
- +

Vətən müharibəsi iştirakçısı olan Təbriz müəllim

 

Ölkənin hər bir bölgəsində olduğu kimi, Gəncədə də Vətən müharibəsi zamanı müxtəlif peşə sahibləri könüllü olaraq cəbhəyə yollanmışdı. Onlardan biri 27 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Təbriz Nurəddinli idi.

O, 2009-cu ildə Gəncə Dövlət Universitetinin (GDU) riyaziyyat müəllimliyi ixtisasına qəbul olunub. 2014-cü ildə hərbi xidməti bitirdikdən sonra, elə GDU-nun riyazi analiz ixtisası üzrə magistratura pilləsində təhsil alıb. Bundan başqa Nurəddinli bu il keçirilən müəllimlərin sertifikasiya imtahanının test mərhələsindən 59 bal toplayıb.

Azedu.az saytı müəllimlə həmsöhbət olub. Müsahibəni aşağıda təqdim edirik:


  • Böyük qürur və fəxr hissi ilə qeyd edə bilərik ki, zəfərimizi bizə yaşadan sizlər oldunuz. Qalib ordunun qalib əsgəri olmaq necə bir hissdir?


Əlbəttə, bu hisslər sözlərlə təsvir edilə bilməyəcək qədər möhtəşəmdir. Qalib ordunun qalib əsgəri, qalib ölkənin qalib müəllimi olmaq çox sevindiricidir. Bu duyğuları sözlərlə ifadə etmək çox çətindir. Düşünürəm ki, bunu yaşayanlar məni yaxşı başa düşər. Fikirləşəndə ki, qalibiyyətdə mənim də əməyim var, bu artıq həm sevincimə sevinc, həm də gücümə güc qatır.

  • Eşidəndə ki, torpaqlarımızı işğaldan azad etmək üçün əks-hücum əməliyyatları başlayıb, ağlınızdan ilk nə keçdi?


İlk onu qeyd edim ki, dayım Şahin Qurbanov birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Hər zaman torpaqlarımızın işğaldan azad olunacağı vaxtı səbirsizliklə gözləyirdim. Ona görə də hesab edirəm ki, əks hücum əməliyyatının başlanması arzuladığım anın yetişdiyindən xəbər verdi.

44 günün sonunda Azərbaycan Respublikasının qüdrətli ordusu öz gücünü həm Ermənistana, həm də bütün dünyaya göstərmiş oldu.


  • Döyüşdə sizin üçün ən çətin an hansı idi?


Təəssüflər olsun ki, müharibə itkisiz olmur. Döyüşdə çətin anlarımız içərisində bir hadisə mənə çox pis təsir etmişdi. Belə ki, əks-hücum əməliyyatımız zamanı bölük komandirimiz, baş leytenant Ələkbərov Röyal Fərmayıl oğlu şəhidlik zirvəsinə ucaldı. Baş leytenantın şəhid olması xatirəmdə ən çətin anlardan biri oldu.

  • Hansı ərazilərmizdə vuruşmusunuz?


Müharibədə könüllü olaraq cəbhəyə yollanmışam. Cəbhənin Cəbrayıl, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Həmin rayonların işğaldan azad olunması uğrunda medalla təltif olunmuşam.

  • 4 il əvvəl Qarabağı azad edənlər sırasında sizin də olacağınızı desəydilər, inanardınız?


İnanardım.

  • Nə üçün?


Çünki bu mənim uşaqlıqdan arzum olub. Buna görə də torpaqlarımızı işğaldan azad edənlər içərisində olduğum üçün çox şadam. Şükür ki, bu sevinci yaşamaq mənə də qismət oldu.

  • 44 gün davam edən əks-hücum qələbəmizlə başa çatdı. Bununla bağlı nələr söyləmək istərdiniz?


Müharibənin sonunda Azərbaycan torpaqları işğaldan azad edildi. Bu münasibətlə Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Ermənistan hakimiyyəti qeyd etmişdi ki, Azərbaycan Ermənistan ilə müharibə etsə, erməni tankları Bakıda dayanacaq.

Bunu düz vurğuladı, amma Azərbaycan ordusu erməni tanklarını Qələbə paradında, Bakıda hərbi qənimət kimi nümayiş etdirdi. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu qarşısında baş əyir, qazilərə Allahdan şəfa diləyirəm.


  • Təbriz müəllim, vətənpərvər ruhda olmağınız aydın şəkildə görünür. Bəs, bu hissi şagirdlərinizə necə aşılayırsınız?


Şagirdlərimə hər zaman vətənpərvər olmağı, vətəninə, millətinə layiqli vətəndaş kimi yetişmələri üçün yol göstərirəm. Onlar dərslərini yaxşı oxuyub, beynəlxalq olimpiadalarda uğur qazanmalıdırlar ki, ölkəmizi dünyada tanıda bilək.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:00

Gəncədə xəstəxanada kişini döydü, üzərində narkotik tapıldı - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 13:00

"Bacımın yemək bişirdiyini başa düşdü və əxlaqsız danışdı, yumruq vurdum" - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 00:00

Tovuz döyüşlərindən 6 il ötür

Bütün xəbərlər
11 iyul 2026, 16:25

Gəncədə vəfat edən görkəmli şairin anım günüdür

Bütün xəbərlər
11 iyul 2026, 13:48

Gəncədə sabah da 38 dərəcə isti olacaq

Bütün xəbərlər
11 iyul 2026, 13:11

Gəncə səmasından İspaniya savaşına: unudulmuş aviatorlar

Bütün xəbərlər
11 iyul 2026, 12:18

İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi

Bütün xəbərlər
11 iyul 2026, 10:46

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
11 iyul 2026, 09:37

Maşınlar toqquşdu, biri yeniyetmə olmaqla 3 nəfər yaralandı

Bütün xəbərlər
10 iyul 2026, 18:00

Elektron siqaretlərlə bağlı daha bir qadağa

Bütün xəbərlər
10 iyul 2026, 17:21

Gəncədə 72 ailənin yaşadığı bina çirkab sularına qərq olub

Bütün xəbərlər
10 iyul 2026, 15:28

"Xanımın dükanı" dördyolunda asfalt çəkilir

Bütün xəbərlər
10 iyul 2026, 15:05

Gəncədə sabah 40 dərəcəyə yaxın isti olacaq

Bütün xəbərlər
10 iyul 2026, 14:08

Mopedlərə rüsumlar müəyyənləşir

Bütün xəbərlər
10 iyul 2026, 13:04

Bu məhsullar gömrük rüsumundan azad edilir

Bütün xəbərlər
10 iyul 2026, 10:40

Avropadan qayıdan cüdoçumuz təmtəraqla qarşılandı

Bütün xəbərlər
09 iyul 2026, 16:47

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

Bütün xəbərlər
09 iyul 2026, 16:17

Portuqaliyalı futbolçu "Kəpəz"ə qayıtdı

Bütün xəbərlər
09 iyul 2026, 15:46

198 min litr pivəni qeydiyyatsız istehsal etdilər

Bütün xəbərlər
09 iyul 2026, 14:33

Göygöldəki möhtəşəm tədbirin tarixi açıqlandı - GİRİŞ SƏRBƏSTDİR

Bütün xəbərlər
09 iyul 2026, 13:01

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
09 iyul 2026, 11:58

Ötən gün ağır qəzada ölənlər

Bütün xəbərlər
09 iyul 2026, 11:17

Marketlərdə satılan sellofan paketlər bahalaşdı

Bütün xəbərlər
08 iyul 2026, 18:21

Gəncədə şəhid bulağının ətrafı baxımsız vəziyyətdədir

Oxşar xəbərlər