Gəncədə "Müasir Azərbaycan musiqisinin banisi – Üzeyir Hacıbəyli" mövzusunda tədbir keçirilib.
Gencexeber.az Heydər Əliyev Mərkəzinə istinadən məlumat verir ki, tədbirdə 4 nömrəli Uşaq Musiqi Məktəninin müəllimləri, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin Turizmin təşkili qrupunun müəllim və tələbələri iştirak ediblər.
Tədbirdə bildirilib ki, Üzeyir Hacıbəylinin zəngin musiqi və ədəbi irsi Azərbaycan mədəniyyətinin tükənməz xəzinəsidir, xalqımızın mənəvi sərvətidir. Daha sonra məktəbin kollektivi Üzeyir Hacıbəylinin, Qara Qarayevin və Fikrət Əmirovun fortepiano və instrumental əsərlərini ifa ediblər.