Gəncəli şahmatçı beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırıb.
Gencexeber.az Şahmat Federasiyasına istinadən məlumat verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb.
Nəticələrə əsasən, Nizami yurdunun yetirməsi Ülviyyə Fətəliyeva siyahıda irəliləyib. O, 2383 reytinq xalı ilə 67-ci pillədə qərarlaşıb. Ötən ayın reytinq cədvəli ilə müqayisədə Fətəliyeva 1 pillə yüksəlib.