“Turan Tovuz” Misli Premyer Liqasının 9-cu turu çərçivəsində doğma azarkeşlər qarşısında "Zirə" ilə görüşəcək.
Gencexeber.az məlumat verir ki, matç oktyabrın 6-sı saat 17:45-də Tovuz şəhər stadionunda keçiriləcək. Qarşılaşmanın biletlərinin qiyməti 2 manatdır, VİP biletlər isə 5 manata satılır. Biletləri stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür.
Qeyd edək ki, oyundan sonra klubun rəsmi tərəfdaşı “İnci Group of Companies” lotereya təşkil edəcək.