top
Tünzalə Ağayevanın 49 yaşı tamamlandı
21 oktyabr 2024, 13:36
- ↺ +

Tünzalə Ağayevanın 49 yaşı tamamlandı

 

Bu gün, oktyabrın 21-də, Azərbaycanın xalq artisti Tünzalə Ağayevanın 49 yaşı tamam olub.

Gencexeber.az məlumat verir ki, əslən Azərbaycanın qərb bölgəsi Tovuz şəhərindən olan məşhur müğənni və bəstəkar bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib: “49 yaşım, xoş gəldin. Yaşadığım hər ilə görə Rəbbimə Sonsuz Şükürlər Olsun”.

Qeyd edək ki, Tünzalə Ağayeva 1975-ci ilin oktyabrın 21-də dünyaya göz açıb. Müğənni musiqi səyahətinə doğma şəhərində başlayıb. Sənətkar Tovuzda musiqi məktəbinin piano sinfini bitirib, daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumunun fortepiano sinfində davam etdirib. T.Ağayeva həm də Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb.

O, hələ 12 yaşındaykən Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələyib. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilib.

Tünzalə Ağayeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına, 21 oktyabr 2019-cu ildə isə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

Müğənni bu gün də doğma diyarının musiqi mədəniyyətinin görkəmli nümayəndəsi olaraq pərəstişkarlarını yeni əsərləri və ifaları ilə sevindirməkdə davam edir.

[caption id="attachment_67914" align="alignnone" width="696"]Tünzalə Ağayevanın 49 yaşı tamamlandı  [/caption]

[caption id="attachment_67912" align="alignnone" width="696"]Tünzalə Ağayevanın 49 yaşı tamamlandı  [/caption]

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Oxşar xəbərlər