ASAN könüllüləri şəhid övladları ilə görüşüblər.
Gencexeber.az sosial şəbəkəyə istinadla bildirir ki, Tovuz regional “ASAN xidmət” mərkəzinin K233 “Vətən” qrupunun könüllülərinin təşəbbüsü ilə Şəhid əmanətlərinə diqqət və qayğının artırılması məqsədilə xüsusi tədbir olub.
Tədbirin əsas məqsədi vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin övladlarına dəstək olmaq və onlarla maraqlı vaxt keçirmək idi. Bu çərçivədə uşaqlar üçün mandala boyama oyunu təşkil olunub. Sonda “Kinoklub”da film nümayiş etdirilib.