Narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Tovuz sakini saxlanılıb.
Report məlumat verir ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının saxladığı Sahib Allahverdiyevdən iki kiloqramdan çox çəkidə marixuana və heroin aşkar edilib. O, ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib. Faktla bağlı Tovuz RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bundan başqa, Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 22 rayon sakini müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahlarını polisə könüllü təhvil verib.
Qeyd edək ki, ilin əvvəlindən şöbə əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər nəticəsində yüzə yaxın müvafiq sənədləri olmayan müxtəlif markalı ov silahları polisə könüllü təhvil verilib.