Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA məlumat verir ki, şəhər ərazisində 5 saylı marşrut xətti üzrə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu ilə "Nissan" markalı minik maşını toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb, avtobusa və avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.