Daşkəsəndə vəzifəli şəxs tutulub.
Bizim.media-nın verdiyi məlumata əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin rəisi, mayor Anar Əsgərov saxlanılıb. O, Hərbi Prokurorluq tərəfindən həbs olunub.
Anar Əsgərov təkrar rüşvət almaqda ittiham edilir. Mayor Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə şübhəli bilinərək azadlıqdan məhrum olunub.