Goranboyda bir nəfərin döyülməsi ilə nəticələnən insident yaşanıb.
Gencexeber.az məlumat verir ki, rayon sakini 1994-cü il təvəllüdlü Əli Əliyev döyülmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yeləşdirilib.
Dərhal ona yardım edilib. 32 yaşlı kişinin vəziyyətinin ağır olduğu və süni nəfəs aparatına qoşulduğu bildirilir.
Məlumata görə Ə.Əliyev qonşu tərəfindən döyülüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.