top
Qardaşımı əsəbiləşdirdim, o da başımı kəsdi - MƏHKƏMƏ
14 oktyabr 2025, 14:36
- +

"Qardaşımı əsəbiləşdirdim, o da başımı kəsdi" - MƏHKƏMƏ

Bu ilin mayında Goranboyun Nizami kəndində bacısını bıçaqlayan Novruz Şirazovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Teleqraf.аz xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 32 yaşlı təqsirləndirilən şəxs 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Hadisə isə qısqanclıq zəminində baş verib. Belə ki, bacısı Lamiyə Şirazovanın nikahdankənar hamilə olduğunu eşidən qardaş onu öldürmək qərarına gəlib.

Novruz hadisə günü Lamiyənin evdə tək olması üçün bir qədər gözləməli olub. Gözlədiyi an çatanda isə Novruz mətbəx bıçağı ilə bacısının hamilə olduğunu bilə-bilə ona bir bıçaq zərbəsi endirib.

Lakin bıçağın daxilə nüfuz etmədiyini görən Novruz bacısının boğaz nahiyəsinə daha iki bıçaq zərbəsi vurub.

Bu zaman Lamiyənin öldüyünü düşünən qardaşı həyətə çıxıb. Lakin Lamiyə Şirazova aldığı xəsarətlərə baxmayaraq, evdən çıxaraq qaçmağa başlayıb. Novruz bu dəfə də onu yerə yıxaraq boynunu qırmağa çalışıb. Lamiyənin xırıltı səslər çıxardığını görən qardaş bacısının öldüyünü düşünüb.

Bundan sonra o, DİN-in "102" xidməti zəng mərkəzinə zəng edərək bacısını öldürdüyünü bildirib. Hadisə yerinə gələn polis əməkdaşlarının təcili tibbi yardım xidmətinə müraciəti əsasında zərərçəkmiş şəxs vaxtında tibb müəssisəsinə çatdırılıb və göstərilən ixtisaslı tibbi yardım nəticəsində Lamiyənin həyatı xilas edilib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Lamiyə Şirazova qardaşını bağışladığını bildirib:

"Hadisənin törədildməsində günah məndə olub. Qardaşımı əsəbiləşdirdim, o da başımı kəsdi. Hadisə günü onun üstünə çığırdım, qardaşım da özünü cilovlaya bilmədi. Hazırda Norvuzla barışmışam, qardaşıma yüngül cəza verilməsini xahiş edirəm".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bütün xəbərlər
Dünən, 19:00

Velosiped yolu var, istifadə etmək olmur

Bütün xəbərlər
Dünən, 17:00

Gəncədə "müasir standartlara cavab verən" dayanacaq

Bütün xəbərlər
Dünən, 15:00

Gəncəli gənclərə şad xəbər

Bütün xəbərlər
Dünən, 13:00

Gəncədə yaşayış binalarının ortasında qanunsuz tikili - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:00

Gəncəli Əməkdar artist 5-ci ali diplomunu alıb

Bütün xəbərlər
15 noyabr 2025, 16:43

208 borclu saxlanılıb

Bütün xəbərlər
15 noyabr 2025, 15:36

Gəncəli şahmatçı dünya çempionatına qatılacaq

Bütün xəbərlər
15 noyabr 2025, 14:44

Milli Qəhrəmanın atası vəfat edib

Bütün xəbərlər
15 noyabr 2025, 13:32

Sabah hava necə olacaq?

Bütün xəbərlər
15 noyabr 2025, 12:35

Ayaqqabı istehsalı artıb

Bütün xəbərlər
15 noyabr 2025, 11:33

Atasının kriminal aləmlə əlaqəsi olan yeniyetmə öldürüldü

Bütün xəbərlər
15 noyabr 2025, 10:48

Gəncə yenidən mötəbər yarışa ev sahibliyi edir

Bütün xəbərlər
15 noyabr 2025, 09:49

Bu gündən Gəncədə istilik mövsümü başlayır

Bütün xəbərlər
15 noyabr 2025, 09:11

Gəncədə 17 yaşlı oğlanı maşın vurub öldürdü

Bütün xəbərlər
14 noyabr 2025, 18:00

Yaponlar Gəncədə "Netflix" üçün serial çəkdilər

Bütün xəbərlər
14 noyabr 2025, 17:33

"ARB TV"nin fəaliyyətinə xitam verilir

Bütün xəbərlər
14 noyabr 2025, 17:24

Gəncəli balası qızıl qopardı

Bütün xəbərlər
14 noyabr 2025, 17:11

Gəncədə yeni məktəb istifadəyə veriləcək

Bütün xəbərlər
14 noyabr 2025, 16:28

Qeydiyyatda olan işsizlərin sayı

Bütün xəbərlər
14 noyabr 2025, 15:51

Nikahların sayı azalıb

Bütün xəbərlər
14 noyabr 2025, 15:07

Meyvə-tərəvəz ixracı kəskin artıb

Bütün xəbərlər
14 noyabr 2025, 14:32

Türk şəhidini qonaq edən sakinimiz: "Gəncə son xatirəsi oldu…"

Bütün xəbərlər
14 noyabr 2025, 14:00

Sabah qar yağacaq - PROQNOZ

Oxşar xəbərlər