Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 28 yaşlı Nailə Nəsrəddinli bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində N.Nəsrəddinliyə kəsici-deşici alətlə daxilə keçməyən xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini 1995-ci il təvəllüdlü Arzu Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.