Qazaxda zəhərlənmə hadisəsi qeydə alınıb.
Unikal.аz xəbər verir ki, rayonun Canalı kəndində orta yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstəyə lazımı tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumatına görə, qadın yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.