Qərb rayonlarının meşə ərazilərində genişmiqyaslı ekoloji aksiya təşkil edilib.
Gencexeber.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyaları keçirilib. Tədbir Tovuz rayonunun Yanıqlı kəndi, eləcə də Şəmkir və Goranboy rayonlarının eyniadlı meşə ərazilərində baş tutub.
Ekoloji aksiyada nazirliyin yerli qurumlarının nümayəndələri, rayon sakinləri və könüllülər iştirak ediblər. İməciliklər zamanı tullantılar yığılaraq ərazilərdən daşınıb.