top
Növbəti illərdə bakalavr səviyyəsi üzrə qəbul planı artırılmayacaq
22 oktyabr 2024, 13:35
- ↺ +

Növbəti illərdə bakalavr səviyyəsi üzrə qəbul planı artırılmayacaq

 

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 min olması hədəf kimi müəyyənləşdirilib, lakin artıq bu il biz bu hədəfə yaxınıq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman "Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma" mövzusunda keçirilən tədbirdə çıxışında məlumat verib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, artıq növbəti illərdə qəbul planında artımla bərabər, optimallaşdırmalara da gediləcək.

Tədbirdə tələbə qəbuluna dair göstəricilər barədə təqdimat göstərilib. Qeyd olunub ki, ölkə üzrə 48 ali təhsil müəssisəsi, 2 xarici ali təhsil müəssisəsinin filialı olmaqla 50 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Statistik məlumatları təqdim edən şöbə müdiri bildirib ki, 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub. Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub.

Dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlı islahatlardan bəhs edən T.Süleyman ümumi qəbul planının təxminən 50%-nin dövlət sifarişli yerlər olduğunu vurğulayıb. Bu da o deməkdir ki, hazırda qəbul olan hər iki tələbədən biri ödənişsiz əsaslarla təhsil alır.

O, təqdimatın yekununda ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olanların nisbətinə də toxunub:

“Bu il bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə ümumilikdə 80.000 qəbul planı verilib. Tələbə adını qazananlar isə təxminən 74 min nəfərdir. Növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görməliyik. Bu da ciddi araşdırma və təhlil tələb edən məsələdir”.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Oxşar xəbərlər