Mingəçevir şəhərində Qarabağ su kanalının yaxınlığında meyit tapılıb.
Report xəbər verir ki, aparılan araşdırmalar nəticəsində tapılan meyitin Mingəçevir şəhər sakini, 1978-ci il təvəllüdlü Həsənov Ramil Ağali oğluna məxsus olduğu müəyyən edilib.
Bildirilib ki, meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Faktla bağlı araşdırma aparılır.