top
Milli Məclisdə yeni komitələr yaradıla bilər
21 sentyabr 2024, 12:55
- ↺ +

Milli Məclisdə yeni komitələr yaradıla bilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Bu gün Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilən parlament seçkilərinə yekun vuracaq. Seçkilərin nəticələrinin təsdiq edilməsindən sonra yeni deputatlar səlahiyyətlərinin icrasına başlayacaq.

Modern.az-ın məlumatına görə, Milli Məclis zəruri hallarda yeni komitələr yarada bilər, yaxud fəaliyyət göstərən  komitələri yenidən təşkil edə və ya ləğv edə bilər.

Hazırda Milli Məclisdə 15 komitə fəaliyyət göstərir. Milli Məclisinin komitələri qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun və qərar layihələrinin ilkin baxılmasını təşkil etmək, onların Milli Məclisin müzakirəsinə çıxarılmasını təmin etmək və bu Qanunda nəzərdə tutulmuş başqa vəzifələri həyata keçirmək məqsədi ilə fəaliyyət göstərirlər.

Komitələrin hüquqları, təşkili qaydası, səlahiyyət müddəti, fəaliyyət prinsipləri, tərkibi, iclaslarının aparılması qaydası, onların sədrlərinin və sədr müavinlərinin səlahiyyətləri "Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsi"nin 35-39-cu maddələri ilə müəyyən edilir.

Komitə Azərbaycan Respublikası Milli Məclisinin növbəti sessiyasının başlanmasına azı bir həftə qalmış növbəti sessiya üçün özünün iş planını təsdiq edir. Komitənin sədri və sədr müavini Azərbaycan Respublikası Milli Məclisinin aparatı ilə birgə komitənin işini təşkil edir, komitə üzvlərini zəruri sənədlər və materiallarla təmin edir. Komitənin sədri komitənin  iş planının yerinə yetirilməsinə nəzarət edir.

Qeyd edilən kimi, Milli Məclisdə yeni komitələr yaradıla və ya adları dəyişdirilə bilər.

Dünyada gedən proseslər fonunda müxtəlif ölkələrin parlamentləri qlobal məsələləri müzakirə etmək üçün belə komitələr yaradırlar. Belə ki, son zamanlar süni intellektlə idarə ilə bağlı müəyyən müzakirələr aparılır.

Təkliflər var ki, Milli məclisdə də bu sahədə qanunların qəbulu və müzakirəsi üçün yeni komitə yaradılsın. Bununla bağlı ciddi çağırışlar da mövcuddur.

Xatırladaq ki, sonuncu dəfə Milli Məclisdə yeni komitələr beşinci çağırışda yaradılıb. Bunlar Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, İctimai birliklər və dini qurumlar komitəsi və Gənclər və idman komitəsidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Beş il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Bu gün, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
Dünən, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Dünən, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Dünən, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Dünən, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Dünən, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Dünən, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Dünən, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Dünən, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
06 oktyabr 2026, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
06 oktyabr 2026, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
06 oktyabr 2026, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
06 oktyabr 2026, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
06 oktyabr 2026, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
06 oktyabr 2026, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
06 oktyabr 2026, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
06 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Oxşar xəbərlər