Gəncədə bir nəfər axtarışa verilib.
Qafqazinfo-nun verdiyi məlumata əsasən, 14 yaşlı şəhər sakini Yəhya Yaqubov itkin düşüb. O, sentyabrın 23-ü saat 08 radələrində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Yaxınları onun məktəbə getmək üçün evdən çıxdığını və daha sonra xəbər ala bilmədiklərini bildiriblər.
Müraciətlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırma aparılır.