top
Lokal antiterror əməliyyatların gəncəli şəhidləri
19 sentyabr 2024, 09:00
- ↺ +

Lokal antiterror əməliyyatların gəncəli şəhidləri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı erməni silahlı qüvvələrinə ağır zərbələr vuruldu. Döyüşlər 23 saat 43 dəqiqə davam etdi. Bundan sonra tam atəşkəs haqqında razılaşma əldə olundu və sentyabrın 20-də antiterror əməliyyatı tədbirləri dayandırıldı.

Sözügedən döyüşlər nəticəsində Ermənistan ordusu tam tərksilah edilərək ölkədən çıxarıldı, Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycanın dövlət suverenliyi təmin edildi və nəhayət, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran kimi bölgələrimizdə də üçrəngli bayrağımız yüksəldi.

Hərbi əməliyyatlar zamanı Gəncədən olan 5 hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb.

– Kərəm Akif oğlu Həsənov 1 yanvar 1996-cı ildə dünyaya gəlib. Cəmşid Naxçıvanski adına Hərbi lisey, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Daha sonra Kərəm Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. "Baş leytenant" hərbi rütbəsini daşıyan Kərəm 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Şəhidimiz evli idi, onun vətənə əmanət 1 övladı qalıb.

– Murad Xidir oğlu Axundov 4 avqust 2004-cü ildə anadan olub. Orta təhsilini Gəncə şəhəri 19 saylı orta məktəbdə alıb. Murad 20 sentyabr 2023-cü il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

– Oruc Arif oğlu Bədəlov 5 dekabr 2002-ci ildə dünyaya göz açıb. 10 saylı tam orta məktəbdə təhsil alıb. Oruc anasının vəfatından 5 ay sonra, 19 sentyabr 2023-cü il tarixində Ağdam rayonu Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

– Ramal Elnur oğlu Ələkbərov 24 aprel 2005-ci ildə anadan olub. Gəncə şəhəri 7 saylı məktəbdə təhsil alıb. 19 sentyabr 2023-cü il tarixində Ağdam rayonu Abdal-Gülablı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

– Orxan Eldar oğlu Əliyev 25 iyun 1986-cı ildə dünyaya gəlib. 17 saylı tam orta məktəbdə təhsil alıb. Orxan İkinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak edib. 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Xankəndi rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz evli idi, onun vətənə əmanət 2 övladı qalıb.

Son xəbərlər

Bizim fəxrimiz
Bu gün, 09:03

Gəncə məktəbliləri beynəlxalq yarışda uğur qazanıblar

Bütün xəbərlər
Bu gün, 00:20

Altı il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Tarix
Bu gün, 00:00

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Bütün xəbərlər
Dünən, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Dünən, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Dünən, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Dünən, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Dünən, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Dünən, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Dünən, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Dünən, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
06 oktyabr 2026, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
06 oktyabr 2026, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
06 oktyabr 2026, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
06 oktyabr 2026, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
06 oktyabr 2026, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
06 oktyabr 2026, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
06 oktyabr 2026, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
06 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər