“Kəpəz” futbol klubu cari çempionatda 8-ci məğlubiyyətini yaşayıb.
Gencexeber.az məlumat verir ki, Gəncəni təmsil edən “Kəpəz” Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə” ilə qarşılaşıb. Gəncəlilər Zirə İdman Kompleksində keçirilən matçdan 3:0 hesabı ilə uduzaraq ayrılıblar.
Qeyd edək ki, “Kəpəz” son 20 ilin antirekorduna imza atıb. Klub cari mövsümdə keçirilən Premyer Liqa oyunlarının hamısında məğlub olub. Komanda turnir cədvəlinin sonuncu pilləsində yer alır.