Gəncəni təmsil edən “Kəpəz” futbol klubunun "Şamaxı" ilə oyunundan öncə karyerasını başa vuran kapitanı Vurğun Hüseynova xatirə hədiyyəsi təqdim olunub.
Gencexeber.az “Kəpəz” PFK-ya istinadən məlumat verir ki, klubun icraçı direktoru Cabir İbrahimov məşqçiliyə başlayan sabiq kapitana üzərində “Hüseynov” yazılan 3 nömrəli forma hədiyyə edib.
Xatırladaq ki, “Kəpəz” dünən yaşıl meydandan cari çempionatda ard-arda 7-ci dəfə məğlub olaraq ayrılıb.