Gəncə futbol klubu yeni transferini rəsmi olaraq açıqlayıb.
Gencexeber.az “Kəpəz” futbol klubuna istinadən məlumat verir ki, söhbət braziliyalı Paçu Liradan gedir. 28 yaşlı Lira hücumçu mövqeyində çıxış edir.
Paçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Forvardın son klubu "Turan Tovuz" olub.