top
İşdən çıxarılan ofisiant obyekt sahibini döyüb qaçdı
Bu gün, 16:46
- +

İşdən çıxarılan ofisiant obyekt sahibini döyüb qaçdı

Bakıda cəzaçəkmə müəssisəsindən yeni çıxmış məhkum kafeyə basqın edib.

Oxu.аz xəbər verir ki, Gədəbəy rayon sakini Niyaməddin Əliyev 2019-cu ildə törətdiyi cinayətə görə azadlıqdan məhrum edilib. O, cəzasını çəkdikdən sonra Gədəbəy rayonuna qayıdaraq, Şəmkir-Zəyəm yolunda fəaliyyət göstərən kafedə ofisiant-kababçı işləməyə başlayıb. Bir müddət həmin kafedə işləyən Niyaməddin sonradan içki aludəçisinə çevrilib.

Kafenin sahibi Mirzə Ağayev onunla bu barədə dəfələrlə söhbət aparsa da, Niyaməddin iş yerində spirtli içki qəbul etməyə son qoymayıb. Bir gün Mirzə Ağayev ona "Əgər araq içəcəksənsə, bir də kafeyə gəlmə" deyib. Kafe sahibinin bu iradını özünə təhqir hesab edən Niyaməddin əsəbiləşərək Mirzə Ağayevə hücum edib. O, sahibkarı yumruq və təpik zərbələri ilə döyüb, kafenin 3 qapı, iki pəncərəsini qıraraq hadisə yerindən qaçıb. 

Bir neçə gün Bakıda gizlənən Niyaməddin məsuliyyətdən yayındığını zənn edib və Bakıxanov qəsəbəsidəki kafedə yenidən spirtli içki qəbul edib. O, sərxoş halda kafedən çıxarkən ofisiant işləyən İntiqam adlı şəxslə rastlaşıb və gözü onun əlindəki mobil telefona sataşıb. Niyaməddin həmin telefonu ondan alıb satmaq qərarı verib və bu məqsədlə o, İntiqama yaxınlaşaraq, "mənə bir pivə al, içim" deyib. İntiqam ona pivə almaqdan imtina edib və nəticədə Niyaməddin qəflətən İntiqamın sifət nahiyəsinə yumruqla zərbə endirib. İntiqamın yerə yıxıldığını görən Niyaməddin onun əlindəki telefonu alaraq hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Niyaməddin Sabunçu rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə N.Əliyev 6 il azadlıqdan məhrum edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 20:04

"BakuBus" MMC: "Narahatlıqlara görə bütün sərnisinlərdən üzr istəyirik"

Bütün xəbərlər
Bu gün, 18:01

Gəncənin həmişə zülmətə bürünən yeraltı keçidi

Bütün xəbərlər
Bu gün, 17:38

Mal-qara arasında ölümcül xəstəlik yayılıb? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 15:57

Evakuator üzərində olan avtomobillə birlikdə AŞDI

Bütün xəbərlər
Bu gün, 15:53

"Kəpəz" 5000 manat ziyana düşüb

Bütün xəbərlər
Bu gün, 15:12

Qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Bu gün, 14:30

"Kəpəz" "yeni-köhnə" baş məşqçi ilə razılığa gəlib

Bütün xəbərlər
Bu gün, 13:23

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:39

Məktəbəhazırlıq qruplarında dərslər başladı

Bütün xəbərlər
Bu gün, 12:06

Sabah taksi sürücüləri Gəncədə imtahan verəcək

Bütün xəbərlər
Bu gün, 11:34

Gəncə məktəblərində fənn aylığına start verildi

Bütün xəbərlər
Bu gün, 11:03

Həddi-büluğa çatmayan qıza təcavüz edən kişiyə HÖKM OXUNDU

Bütün xəbərlər
Bu gün, 10:31

Cavadxan qəsəbəsində antisanitar vəziyyət aradan qaldırılıb

Bütün xəbərlər
Bu gün, 09:57

ATU-nun qocaman müəllimi vəfat edib

Bütün xəbərlər
Bu gün, 09:33

Gəncədə 3 nömrəli marşrut xətti üzrə hərəkət sxemi açıqlanıb

Bütün xəbərlər
Bu gün, 08:53

1 oktyabr 2020 il: Vətən müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə müəllimlər üçün əlavə iş imkanı yaradılıb

Bütün xəbərlər
Dünən, 17:36

Gəncəli məktəblilər robot yarışmasında fərqləndilər

Bütün xəbərlər
Dünən, 16:04

Ördəkləri ölən kişi arvadını vəhşicəsinə DÖYDÜ

Bütün xəbərlər
Dünən, 15:31

"Gəncə" klubu Romelo ilə müqavilənin müddətini uzadıb

Bütün xəbərlər
Dünən, 14:46

Oktyabrın ilk günü hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:12

Təpiklə qapını sındırıb dükana girən OĞRU TUTULDU

Bütün xəbərlər
Dünən, 13:24

Gəncə məktəbi ölkə üzrə 12 "İnnovativ məktəb"dən biri oldu

Oxşar xəbərlər