Gəncədə tədris mərkəzi vakansiya elan edib.
Gencexeber.az məlumat verir ki, Gəncə şəhərində fəaliyyət göstərən "Bani Seminariyası" tədris mərkəzi bir neçə vəzifə üzrə yeni iş imkanları açıb. Hazırda rus bölməsi üzrə aşağıdakı vakansiyalara işçi qəbulu elan edilib:
- Siniflər üzrə tyutor;
- Siniflər üzrə köməkçi tyutor;
- Buraxılış fənləri üzrə müəllim;
- Bütün fənlər üzrə köməkçi müəllim;
Vakansiyalar üzrə əməkhaqqı vəzifədən asılı olaraq 600–800 AZN arasında dəyişəcək.
Müraciət etmək istəyən şəxslər həftənin I–VI günləri saat 09:00-dan 17:00-dək ünvana yaxınlaşaraq CV anketini doldura bilərlər. Ünvan Gəncə şəhəri, Heydər Əliyev prospekti 50B ("Azərittifaq", "Bazar Store"un yanı) olaraq göstərilib. Əlavə məlumat üçün namizədlər (+994 55) 720 20 25 nömrəsi ilə əlaqə saxlaya bilərlər.