top
Gəncədə küçə itlərinin əksəriyyəti yoxa çıxıb
Video
29 sentyabr 2025, 15:00
- +

Gəncədə küçə itlərinin əksəriyyəti yoxa çıxıb

Gəncə şəhərində, xüsusən də mərkəzi küçələrdə son günlər sahibsiz itlərin sayının kəskin azalması müşahidə olunur. 

Gencexeber.az-a şəhər sakinləri və heyvansevərlər bildiriblər ki, küçə itləri xüsusi ayrılmış avtomobillərlə toplanaraq ərazilərdən uzaqlaşdırılır. İşçilərin torlardan istifadə edərək heyvanları tutduqları qeyd olunur.

Maraqlı məqamlardan biri isə odur ki, tutulan itlərin çox hissəsi artıq tibbi prosedurlardan keçmiş, qısırlaşdırılmış və qulaqlarında buna dair xüsusi birkası olan heyvanlardır. Fəalların sözlərinə görə, vətəndaşlar işçilərdən itlərin hara aparıldığını soruşduqda, onlar bəzən cavab verməkdən imtina ediblər, digər hallarda isə avtomobillə sürətlə uzaqlaşıblar.

Yalnız bir dəfə onların sığınacağa aparıldığı bildirilib. Lakin məlum olduğu kimi, Gəncədə 2023-cü ildə yaradılmış "Yuva" sığınacağı bu ilin yanvar ayında ianələrin kifayət etməməsi səbəbindən fəaliyyətini dayandırıb. Orada saxlanılan itlər şəhər ərazisinə buraxılmışdı.

Heyvansevərlərin iddialarına görə, bir neçə gün öncə toplanan itlərin bəziləri tələf olub. Səbəb kimi avtomobillərdə heyvanların sıx şəkildə daşınması göstərilir. 

Bir müddət sonra heyvansevərlər işçilərlə əlaqə saxlaya biliblər. Onlara bildirilib ki, itlər Bakının Qaradağ rayonuna aparılır. Lakin baş verən qeyri-adi hal bu məlumatın həqiqətə uyğun olmadığını üzə çıxarıb. Belə ki, şəhər sakinlərindən birinin şəxsi iti də həmin şəxslər tərəfindən götürülüb. Həmin sakin redaksiyamıza açıqlamasında bildirib ki, işçilərdən görüntülü rabitə yaratmağı tələb edib. Ekranda gördükləri isə onu heyrətə salıb. Söhbət zamanı itlərin kiçik qəfəslərdə sıx şəkildə, ac və susuz saxlanıldığını müşahidə edib və öz itini də həmin qəfəsdə olduğunu müşahidə edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:02

Viktor Klayn: Göygölün sonuncu almanəsilli sakini və onun unikal ev-muzeyi

Bütün xəbərlər
Bu gün, 11:57

Gəncəli ifaçının ilk solo konserti keçirilib

Bütün xəbərlər
Bu gün, 09:32

Gəncəli müəllim elmi dərəcəyə layiq görüldü

Bütün xəbərlər
Dünən, 18:06

Yanğında həlak olan ana və övladları dəfn edildi

Bütün xəbərlər
Dünən, 16:12

İcra başçısının müavini 20 ildən sonra postunu tərk etdi

Bütün xəbərlər
Dünən, 15:33

"Yetim Sabir"in qardaşına hökm oxundu

Bütün xəbərlər
Dünən, 15:00

Bu gün Azərbaycanda rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Bütün xəbərlər
Dünən, 14:01

Kartof yükündə gizlədilən külli miqdarda dərman aşkarlanıb

Bütün xəbərlər
Dünən, 13:16

Gəncədə sabah yağış olacaq? - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:33

Gəncədə valideyinləri ölən gənc: "Pula görə xəstəxana qəbul etmədi, ambulansda qaldı, sonra da öldü"

Bütün xəbərlər
Dünən, 11:47

Gəncəli Xalq artisti od püskürdü: "Gəncəli olmaq şərəfdir, fəxr hissidir!"

Bütün xəbərlər
Dünən, 10:58

Gəncədə işsiz və işaxtaran şəxslərin nəzərinə!

Bütün xəbərlər
Dünən, 09:28

Gəncəli xanım alim oldu

Bütün xəbərlər
05 dekabr 2025, 18:12

Gəncədə "BakuBus" avtobusu 78 yaşlı qadını vurmayıb

Bütün xəbərlər
05 dekabr 2025, 16:57

Gəncədə sahibsiz itlərin kütləvi şəkildə zəhərləndiyi iddia olunur

Bütün xəbərlər
05 dekabr 2025, 15:02

Gəncənin "Dubay bazarı"nda göyərtisatan ürəyindən bıçaqlandı

Bütün xəbərlər
05 dekabr 2025, 14:38

Dəhşətli yanğının qurbanı olan ana və övladları Gədəbəydə dəfn olunacaqlar

Bütün xəbərlər
05 dekabr 2025, 13:47

Göygöldə müəmmalı ÖLÜM

Bütün xəbərlər
05 dekabr 2025, 13:08

Gəncədə qadın sürücü kuryerə hücum etdi, söyüşlər söydü

Bütün xəbərlər
05 dekabr 2025, 11:34

Yanğında 83 yaşlı şəhid anası həlak oldu

Bütün xəbərlər
05 dekabr 2025, 11:12

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən kişi saxlanılıb

Bütün xəbərlər
05 dekabr 2025, 10:32

Nizami yurdunda Avropada uğur qazanmış idmançı qarşılanıb

Bütün xəbərlər
05 dekabr 2025, 09:39

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər tutulub

Bütün xəbərlər
05 dekabr 2025, 09:06

Gəncəli əsgərin intiharına görə komandiri HƏBS EDİLDİ

Oxşar xəbərlər