Göygöldə yanğın hadisəsi olub.
Gencexeber.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, Göygöl rayonunun Firuzabad qəsəbəsində ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.
Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb edilib. Alovun qarşısı alınaraq yaxınlıqdakı tikililərə keçməsinə yol verilməyib.