Şəmkirdə qadın piyadanın vurulmasının görüntüləri yayılıb.
Gencexeber.az məlumat verir ki, hadisə şəhər ərazisindəki marketlərin birinin qarşısında baş verib. "Hyundai" markalı avtomobil marketin qarşısında dayanmaq istəyərkən, səki ilə hərəkət edən 50-60 yaşlarında olan qadını vuraraq, divara çırpıb.
Nəticədə qadın aldığı xəsarətlərdən ölüb.