Gəncədə təmizlik aksiyası baş tutub.
Gencexeber.az Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən məlumat verir ki, iməcilik hava limanı yolunda təşkil olunub. Aksiya çərçivəsində adıçəkilən ərazi kol-kos, alaq otları, toz-torpaq və məişət tullantılarından təmizlənib.
Yolun sağ və sol hissəsindəki yaşıllıq zolağına aqrotexniki qulluq göstərilib və suvarılıb. Bundan başqa, yağmurlu havalardan sonra yolda yığılıb qalan palçıq kütlələri bir yerə yığılaraq ərazidən daşınıb.