Goranboy rayonunun Balakürd kəndində anadan olan şəhid yad edilib.
Gencexeber.az Goranboy rayon İcra Hakimiyyətinə istinadən məlumat verir ki, söhbət ikinci Qarabağ müharibəsi şəhidimiz Şaməddin Qafqaz oğlu Əliyevdən gedir. Onun məzarı ildönümündə ziyarət olunub. Burada İcra Hakimiyyətinin məsul əməkdaşları, bir qrup Şəhid ailələri, müharibə iştirakçıları və ictimai fəallar iştirak ediblər.
Şəhidimizin məzarı üzərinə tər güllər qoyulub, ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla anılıb.