top
Gəncənin ən qədim yerlərindən biri – Ozan məhəlləsi
22 oktyabr 2025, 09:00
- ↺ +

Gəncənin ən qədim yerlərindən biri – Ozan məhəlləsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncənin Ozan məhəlləsi böyüklüyünə və qədimliyinə görə şəhərin digər məhəllələrindən fərqlənir. 

Gencexeber.az məlumat verir ki, indiki Mirzə Abbas Abbaszadə, Mahrasa bağı yaşayış massivi, Böyük Bağman qəsəbəsi, Firdovsi və Məhəmməd Pişnamazzadə küçələrinin müxtəlif hissələri vaxtilə Ozan məhəlləsini təşkil edirdi.

Məhəllə Ozan, habelə Dal Ozan kimi tanınan iki hissədən ibarətdir.

"Ozan" sözü oğuzların el şairi, nəğməkar, musiqiçi mənasını ifadə edir. Qədim eposumuz olan Dədə Qorqudda da "ozan" sözü işlədilir. Ozanların istifadə etdiyi türk milli simli çalğı aləti qopuz Azərbaycanda və digər türkdilli xalqlar arasında geniş yayılmışdır. XIV əsrdə qopuza "ozan" adı verilir və "ozançı" sözü yaranır. Daha sonra "ozan" sözü Azərbaycan və Kiçik Asiyada "aşıq", Orta Asiyada "baxşi" sözləri ilə əvəz olunur.

Orta əsr tarixçiləri Fəzlullah Rəşidəddin, Vəssaf və başqalarının verdiyi məlumatlara əsasən, Elxanilər dövründə (1258-1357) sənətkarlar ovzan adlandırılırdı. Həmçinin xalq sənətkarlarının yaşadığı yerlərə ovzan deyilməsi haqda məlumatlar var.

Ehtimal edilir ki, XVI-XVII əsrlərdə şəhərin indiki yerinə köçməsi zamanı qədim Gəncədə yaşayan ozanlar yeni yerdə öz qonşuluq və qohumluq əlaqələrini saxlamaq məqsədilə bir yerdə məskunlaşıblar və burada yenidən Ozan məhəlləsini salıblar.

Məhəllə sakinləri içməli suyu Ozan və Hacı Mir Qasım ağa kəhrizlərindən götürür, əkin yerlərini isə Xan arxı suyu ilə suvarardılar. Ozan kəhrizinin çəkilməsində Məşədi Böyük bəy, Əsgər bəy, Hacı Yəhya ağa və Məşədi Musanın xidmətləri olub. 

Ozan məhəlləsində yerli sakinlərin vəsaiti hesabına inşa edilən Ozan məscidi də mövcuddur.

1804-cü ilin mayında bu məhəllədə 60 ev, 100 kişi və 105 qadın olmaqla 205 ozanlı qeydə alınıb. 1916-cı ilin məlumatlarına əsasən, Ozan məhəlləsində 792 ailə yaşayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Bu gün, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Bu gün, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Bu gün, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Oxşar xəbərlər