2025-ci il 24 dekabr tarixində Mingəçevir Dövlət Universiteti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun əziz xatirəsinə həsr olunmuş region universitetləri arasında voleybol turniri keçirilib.
Gencexeber.az bildirir ki, idman turnirində Mingəçevir Dövlət Universitetinin (MDU), Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının (UNEC), Gəncə Dövlət Universitetinin (GDU) və Azərbaycan Texnologiya Universitetinin (ATU) akademik-inzibati heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Turnirin yekun nəticəsinə əsasən, GDU-nun komandası I yerin, MDU-nun komandası II yerin, UNEC-in Zaqatala filialının komandası III yerin, ATU-nun komandası isə IV yerin sahibi olub.
Sonda GDU-nun qalib komandasına medal və diplomlar təqdim edilib.