Gəncədə dördotaqlı evdə yanğın baş verib.
Gencexeber.az bildirir ki, bu barədə Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, ümumi sahəsi 50 kvadrat metr olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 120 kvadrat metr olan birmərtəbəli, 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyalarının 8 kvadrat metri yanıb.
Hadisə yerinə FHN-nin yanğından mühafizə bölmələri cəlb olunublar. Alov söndürülüb, ev yanğından mühafizə edilib.